İstiqlal TV Güney Azərbaycanın ilk və tək video paylaşma saytını qürurla təqdim edir. İstiqlal TV Güney Azərbaycanın dünya standartlarının üstündə olan ilk və tək video paylaşma saytıdır. İstiqlal TV Güney Azərbaycanda da bu sahədə gördüyü əskikliyi aradan qaldırmaq məqsədiylə 2010 ilin 4 üncü çeyrəyində hazırlanmaya başlanmış və 2011-cı ildə yayınlanmışdır.
İstiqlal TV internet üzərindən video izləmənin və izlətdirmənin kefini doya doya yaşaya biləcəyiniz tək ünvandır. Maraq sahələrinizə Güney Azərbaycanın milli məsələləri və hobbilərinizə istiqamətli videoları tapa biləcəyiniz və fərqli dünyaları kəşf edə biləcəyiniz bir mərkəzdir.
Son texnologiya kamera və qeyd cihazları sayəsində insanları təcrübələrini qeyd altına alma vərdişinin yayıldığı indiki vaxtda İstiqlal TV sizə özünü nəşr etmə fürsəti təqdim edər.
İstiqlal TV insanların videolarını göndərib nəşr olunaraq və video izləyib şərh edərək görüşdükləri mərkəzdir. İstiqlal TV videolarınızı hər kəsə çatdırmaq üçün istifadə edə biləcəyiniz ən yaxşı yoldur.
İstiqlal TV ilə edə biləcəkləriniz:
. Videolarınızı göndərin, təsnif edin, paylaşın
. Üzvlərimiz tərəfindən göndərilən minlərlə videonu seyr edin
. Ortaq maraq sahələrinə sahib insanların meydana gətirdiyi video qruplarını
tapın, qatılın ya da öz qrupunuzu yaradın
. Video Listəmiz və Üzvlüklərinizlə təcrübələrinizi paylaşın
. Öz veb saytınızı İstiqlal TV dəki videolarla zənginləşdirin
İstiqlal TV video izləmə və paylaşma vərdişinin inkişafına iştirak etmək məqsədindədir. Bunun üçün hər vaxt fikir, təklif və şərhlərinizə açığıq.
İctimaiyyətə Elan: İstiqlal TV Google və ya Youtube ilə bir əlaqəsi yoxdur. Ortaqlıq söz mövzusu deyil.
